Hamımız Wikipediadan istifadə edirik. Çox vaxt bir məqalədəki linklərlə keçid edib, yeni bir məlumat alırıq. Fikir vermisinizsə, əsas məqalə digər məqələlərlə link şəklində bağlı olur və bu bir tərəfdən ümumi bir mərkəzin və asıllığın olmamağına gətirir. Digər tərəfdən isə hansısa ideyanın bu formatda inkişaf etdirməyə imkan yaradır.

Bu yanaşmanı öz produktivliyində və işində ilk dəfə Niklas Luman tətbiq edib. Niklas Luman inanılmaz dərəcədə məhsuldar bir tədqiqatçı olub. Fəaliyyətinin 40 ili ərzində sosiologiya, biologiya, riyaziyyat, kibernetika və kompüter elmləri kimi müxtəlif mövzuları əhatə edən 70-dən çox kitab və 400 elmi məqalə dərc edib. Orta hesabla karyerasının dörd ilində yeddi kitabdan əlavə, sonsuz bir sıra məqalələr yazıb. Bu kitablar və məqalələr, Lumanı 20-ci əsrin ən əhəmiyyətli sosioloqlarından biri saymağa imkan verir.

Lumanın məhsuldarlığı, köhnə alətlərdən necə istifadə etdiyini düşündüyünüz zaman daha təsirli olur. Ölümündən əvvəl Wolfgang Hagen-ə verdiyi bir radio müsahibəsində Luman kompüter istifadə etmədiyini, yalnız iki barmağı ilə bacarıqsız şəkildə çap maşınında çap, adi kağız və qələmdən istifadə etdiyini demişdi.

https://s3-us-west-2.amazonaws.com/secure.notion-static.com/d5cd359f-d62c-43b7-adb3-ffbe47ef9f8d/Untitled.png

Zettelkasten isə, Niklas Luman tərəfindən hazırlanmış bir bilik idarəetmə sistemidir. Sosioloji dairələr xaric o qədər də məşhur olmayan Luman, işinə görə yox, biliklə işləmək yanaşmasına görə maraq oyadır. Luman ömrü boyu "Zettelkasten" adlandırdığı bir kart sistemi üzrə çalışırdı. Hər karta bunlar daxil idi:

— Nömrə (təsadüfi, məsələn, 32, 32a, 32a1), — Qısa təsvir olunan bir düşüncə - öz sözləri ilə, götürülmüş bir fikirdirsə, mənbəyə bir keçid. Luman bir daha mənbələrə qayıtmırdı, kitabları yenidən oxumurdu, buna görə oxuduqlarının mənasını keyfiyyətli şəkildə çıxarmağı xüsusilə vacib sayırdı. — Bu kartla əlaqəli digər kart nömrələrinə bağlantılar.

"Zettelkasten" sözünə gəldikdə, bu söz Proto-Alman dilindən gəlir və iki kökü var: "Zettel" bir not və ya kağız parçası, "Kasten" isə bir qutu deməkdir. Lumanın zettelkastenı bir mebel idi, ağzına qədər kağız notları ilə doldurulmuş qutular və altı adi rəf. Görünüşü budur:

https://s3-us-west-2.amazonaws.com/secure.notion-static.com/c5cd4f39-d60f-4125-8f11-c8e5a8262f37/Untitled.png

Kartların məhdudiyyətləri var idi, buna görə də fikir bir karta yerləşmirdisə, yeni kartı orijinal ilə bağlayırdı. Kartlar əlifba sırası ilə deyil, rəqəmlərlə (heç bir mənası olmayan) sıralanırdı. Bir sözlə, bu, müəllifinin son dərəcə məhsuldar olmasına imkan verən sistemdir. Luman bu sistemini bir məlumat bazası deyil, həmsöhbət adlandırırdı.

https://s3-us-west-2.amazonaws.com/secure.notion-static.com/08947615-86c5-4ae5-b1ab-9b6b01f4370c/Untitled.png

https://s3-us-west-2.amazonaws.com/secure.notion-static.com/dea32dec-4642-4216-859f-2f2fd6e40702/Untitled.png

Qeydlər dolduqca zettelkasteniniz, mürəkkəb bir bilik və linklər şəbəkəsinə oxşayacaq, bu da daha çox insan yaddaşına bənzəyəcəkdir.